Baş ağrısı bədəndə ciddi problemlərə işarə edə bilər.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, çoxları üçün adi, mütəmadi görünən baş ağrıları əslində çox böyük xəstəliyin işarəsi ola bilər.
Əgər baş ağrısı ürəkbulanma, fotofobiya və ya əl-ayaqda uyuşma ilə müşayiət olunarsa, bu, ağır menengitə gətirib çıxarır. Bütün bunlarla yanaşı qəfil şiddətli ağrı və nitq pozğunluğu da yaranarsa, bu, xəstənin iflic olma təhlükəsi deməkdir.
Ekspertlər bildirirlər ki, xüsusilə yaşlı insanlar risk altındadır. Amma son vaxtlar orta yaşlı insanlarda, xüsusən kişilərdə bu əlamətlər görülməkdədir.
Məlumat üçün bildirək ki, baş ağrıları çox vaxt boyun və ya çənədəki problemlərin əks-sədasıdır. Boyun osteoxondrozu sinir və damarların sıxılması nəticəsində baş ağrılarına, eləcə də onurğa boyunda qan axınının pozulmasına səbəb ola bilər. Pulpit kimi diş xəstəlikləri sinirlərin iltihabı və qıcıqlanması nəticəsində baş ağrısına səbəb ola bilər.
Bizim.Media