EN

Alkaras Sinneri məğlub edərək çempion oldu

İspaniyalı tennisçi, dünya reytinqində ikinci pillədə qərarlaşan Karlos Alkaras 2025-ci il Fransa Açıq Çempionatının (Roland garros) qalibi olub.

90deqiqe.Az-ın məlumatına görə, o, dramatik və tarixi bir final matçında dünya birincisi, italiyalı Yannik Sinneri beş setdə məğlub edərək karyerasının ilk "Roland Garros" titulunu qazanıb.

Matçın hesabı belə olub: 4:6, 6:7 (4:7), 6:4, 7:6 (7:3), 7:6 (10:2).

Bu qarşılaşma 5 saat 29 dəqiqə davam edərək "Böyük Dəbilqə" turnirləri tarixində ən uzun torpaq örtüklü oyun kimi tarixə düşüb. Əvvəlki rekord 1982-ci ildə keçirilmiş Vilander–Vilas finalına məxsus idi (4 saat 42 dəqiqə).

Karlos Alkaras bu qələbə ilə yanaşı, Sinnerin "Böyük Dəbilqə" turnirlərindəki 20 matçlıq qalibiyyət seriyasına da son qoyub.

Bu tarixi zəfər Alkarasın artıq həm torpaq, həm çimərlik, həm də sərt örtüklü kortlarda "Böyük Dəbilqə" titullarını qazanmış ən gənc tennisçilərdən biri kimi adını daha da möhkəmləndirir.

Chosen
138
90deqiqe.az

1Sources