EN

Ev tikmək istəyənlərə şad xəbər

2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.
ONN media xəbər verir ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.
Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir:
Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton
Sex istehsalı armaturlar: 800-900 AZN/ton.
Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.
Taxta məhsullar tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur:
1 m³ yaş taxta: 380-420 AZN
Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.
Dam örtükləri və diktlər
Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:
0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN
15-lik dikt: 28 AZN → 19 AZN
17-lik dikt: 34 AZN → 21 AZN
Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.
Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.
Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.
Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük 
Chosen
151
14
onn.az

10Sources