EN

İtaliya yığmasında məşqçi dəyişiklikləri müzakirə olunur

İtaliya futbol millisinin baş məşqçisi Luçano Spaletti istefa verə bilər.

Day.Az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Canluka di Marzio bildirib.

Onun sözlərinə görə, 10 iyun tarixində hazırkı baş məşqçi ilə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Gabriele Gravina arasında görüş keçiriləcək. Spallettinin istefa verməsi ehtimalı istisna edilmir. Moldova ilə oyuna qədər məşqçi heyətində dəyişiklik olmayacaq.

Əgər Luçano istefa verərsə, İtaliya millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər Stefano Pioli və Kladio Ranyeri olacaq.

Qeyd edək ki, ötən gün Luçano Spallettinin komandası 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin 3-cü turunda Norveç millisinə 0:3 hesabı ilə uduzub.

Chosen
95
13
day.az

10Sources