EN

Nehrəm qəsəbəsində 6 otaqlı ev yandı

BAKI, 7 iyuun. TELEQRAF

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, rayonun Nehrəm qəsəbəsində ümumi sahəsi 300 m² olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
222
29
teleqraf.com

10Sources