EN

Azərbaycan və gürcü aktyorları Gəncədə bir səhnəni bölüşüblər (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazarı N.Dumbadzenin"Kukaraça" tamaşasının premyerası olub.

Trend xəbər verirki, Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihəçərçivəsində ərsəyə gələn tamaşada Azərbaycan və gürcü aktyorlarıeyni səhnəni bölüşüblər.

Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik MusiqiliTeatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət MilliDram Teatrının aktyoru Yusif Cəfərovdur.

Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənətxadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoruVasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamıLomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı ZeynəbHüseynovadır.

Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-daAzərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
301
6
az.trend.az

10Sources