Demokrat.az xəbər verir ki, bu fikirləri iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında səsləndirib.
“Belə hallarda ödəniş tarixi növbəti iş gününə keçirilir. Əgər vətəndaş ödənişi həmin ilk iş günü həyata keçirərsə, bu, gecikmə kimi qiymətləndirilməyəcək və əlavə faiz və ya cərimə tətbiq olunmayacaq”.
Ekspert qeyd edib ki, bu praktika vətəndaşların hüquqlarının qorunması və texniki gecikmələrin qarşısının alınması məqsədilə tətbiq olunur.