EN

Ançelotti Braziliya millisindəki ilk oyununu şərh etdi

İyunun 6-da 65 yaşlı italyan məşhur mütəxəssis Karlo Ançelotti Braziliya millisinin sükanı arxasında ilk oyununa çıxıb.

Arena.az məlumat verir ki, “selesao” 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə təsnifat mərhələsinin Ekvador yığması ilə 15-ci tur səfər oyunudan “quru” heç-heçə (0:0) ilə qayıdıb.

İtalyan mütəxəssis Braziliya millisinin baş məşqçisi olaraq ilk oyununu şərh edib:

“Bu, müdafiə baxımından çox yaxşı bi oyun idi. Mən topla fəaliyyətdə daha inamlı olan, daha axıcı oyuna malik bir komandanı gördüm. Yekunda bu, çox yaxşı bir heç-heçə idi və biz növbəti oyun ərəfəsində inanmlı surətdə qayıdırıq”, – “Ge Globo” dərgisi Ançelottidən sitat gətirir.

Xatırladaq Braziliya millisi növbəti görüşdə iyunun 11-də evdə Paraqvay yığması ilə 16-cı tur oyununda qarşılaşacaq.

15 oyundan sonra Braziliya millisi 22 xalla 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə təsnifat mərhələsinin yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Chosen
99
5
arena.az

10Sources