BAKI, 6 iyun. TELEQRAF
Azərbaycanda dələduzluğa görə axtarışda olan şəxslərin saxlanılması üçün tədbirlər görülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının iyunun 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb.
Onlar istintaqa təhvil verilib.