BAKI, 6 iyun. TELEQRAF
Cennaro Qattuzo Xorvatiyanın “Hayduk” komandasının baş məşqçi postunu tərk edib.
Teleqraf Split təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
“Hayduk” Xorvatiya çempionatının başa çatan mövsümündə 63 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis bundan əvvəl “Syon” (İsveçrə), “Palermo”, OFİ (Yunanıstan), “Piza”, “Milan”, “Napoli”, “Valensiya” və “Marsel” klublarında çalışıb.