EN

Cennaro Qattuzo "Hayduk"u tərk edib

Cennaro Qattuzo "Hayduk"un baş məşqçisi vəzifəsini tərk edib.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssislə Xorvatiya təmsilçisi müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.

Qattuzo ötən ilin yayından Split klubunua rəhbərlik edib. Komanda onun rəhbərliyi ilə Xorvatiya çempionluğu uğrunda mübarizə aparsa da, sonda 63 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis bundan əvvəl "Syon", "Palermo", OFİ, "Milan", "Napoli", "Valensiya" və "Marsel" kimi klublarda çalışıb.

İdman.biz

Chosen
235
idman.biz

1Sources