EN

Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı - SON DURUM

ABŞ millisinin və İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Conni Kardozo karyerasını top klubda davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, "Atletiko Madrid" amerikalı futbolçu ilə anlaşmaq üzrədir. 23 yaşlı yarımmüdafiəçinin keçidi madridlilərə bonuslar da daxil olmaqla, 30 milyon avroya başa gələcəyi bildirilir.

ABŞ-li futbolçu başa çatan mövsüm "Betis"in heyətində bütün turnirlərdə 46 oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Conni 2024-cü ilin yanvarında 6 milyon avroya “İnternasional”dan “Betis”ə keçib. Onun Sevilya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Mirağa

Chosen
123
fanat.az

1Sources