EN

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının ətəyində, əhəng daşı yataqlarının yaxınlığında yerləşən "Arkoz Qazax Sement Zavodu" MMC cərimələnib. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.3 maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmənin qərarı ilə, "Arkoz Qazax Sement Zavodu" MMC rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddasinə görə, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər 500-750 manatadək məbləğdə, vəzifəli şəxslər 800-1200 manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Sabiq İsbəndərli 

Chosen
62
19
valyuta.az

10Sources