EN

Ukrayna Yaponiya ilə Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına 3 milyard dollar almağı razılaşdırıb

Ukrayna və Yaponiya ERA (Extraordinary Revenue Acceleration) proqramı çərçivəsində 3 milyard dolların alınması üçün saziş imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

"Vəsaitlər Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək", - o qeyd edib.

Onun sözlərinə görə, ERA proqramının həyata keçirilməsi çərçivəsində Ukrayna artıq 14,7 milyard dollar alıb.

Chosen
221
report.az

1Sources