EN

HƏCC - İlahi dünyaya aılan qapı

Yazını böyüt
Yazını kiçilt

“Ləbbeyk Allahummə Ləbbeyk...” (“Budur, İlahi, mən sənin çağırışına cavab verirəm...”) tərənnümü ilə 1,5 milyondan çox zəvvar artıq Tərviyə günü Minaya toplaşaraq illik Həcc ziyarətinin rəsmi başlanışını qeyd etdi. Zəvvarların çadır şəhərciyinə qalxması Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş qüsursuz təşkilati və əməliyyat planına uyğun olaraq rahat şəkildə tamamlandı.

Hafta.az-ın yazdığına görə, dünyanın hər yerindən 1,5 milyondan çox zəvvar bu il Həcc ziyarətinə yüz minlərlə yerli zəvvarla birlikdə qatılıb. Builki Həcc prosesində 100 ölkədən İki Müqəddəs Ocağın Xadimi Kral Salmanın qonağı sifətiylə gələn 2443 zəvvar da iştirak edib.

Çərşənbə axşamı günü Məkkəyə gələn zəvvarlar geniş yayılmış çadır şəhəri - Minaya getməzdən əvvəl Həccin vacib ayinlərindən biri olan Qudum Təvafını yerinə yetirdilər.

Zəvvarlar ruhanilik və iman mühitində Allaha həmd-səna və təriflər söyləyərək vadiyə axışarkən təlbiyyə oxunması bütün Mina vadisini, çadır şəhərciyinə aparan yol və küçələri coşdurdu. Sakit ruhani atmosferdə, yaxşı təşkil edilmiş təhlükəsizlik və inteqrasiya olunmuş xidmətlər və sahə planlarının ciddi şəkildə həyata keçirilməsi şəraitində zəvvarlar Minaya endilər. 8 mindən çox avtobus zəvvarları Məkkədə qaldıqları yerdən düşərgələrinə çatdırıb.

Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) nəcib ənənəsini geri götürərək, zəvvarlar gecə-gündüz Tərviyə gününü Minada keçiriblər. İslamın beşinci sütunu olan 5-6 günlük Həcc ziyarəti bəşəriyyətin ən böyük dini tədbirlərindən biridir.

Zəvvarlar Həcc ayinlərinin ilk günü dualar edib, dünən Həccin ən mühüm sütunu olan, illik həccin zirvəsini qeyd edən Ərəfatda ayaq üstə (vuquf) son hazırlıqlarını görüblər, bağışlanmaları və qurtuluşları üçün Allaha yalvarıblar.

Zəvvarlar artıq çərşənbə günü səhər saatlarından başlayaraq Minaya enməyə başlayıblar. O gecə Məscidül-Haramdan yeddi kilometr şimal-şərqdə yerləşən geniş Mina vadisinə aparan bütün yol və magistrallar zəvvarlarla dolub-daşıb.

Bu yerdə qeyd edək ki, Səudiyyə rəsmiləri və müxtəlif ölkələrin Həcc missiyaları zəvvarların çadır şəhəri olan Minaya rahat gediş-gəlişini tamamlamağa imkan verən mürəkkəb hazırlıqları və qüsursuz tədbirləri tamamlayıblar. Səlahiyyətlilər tərəfindən görülən geniş tədbirlər sayəsində zəvvarların hərəkəti rahat şəkildə həyata keçirilib. Səudiyyə rəsmiləri Həcc ziyarətinin əngəlsiz və böyük uğur qazanması üçün bütün insan və maddi imkanlarını səfərbər edib. Süni intellekt texnologiyası kütləvi izdihamı daha yaxşı idarə etmək üçün yeni dron donanmasının videosu da daxil olmaqla məlumatları emal etməyə kömək göstərib.

Səudiyyə Ərəbistanının baş müftisi, Böyük Alimlər Şurasının sədri, Elmi Tədqiqatlar və İfta Baş Rəyasət Heyətinin rəhbəri Şeyx Əbdüləziz əl-Şeyx Minadakı iqamətgahında dini fətva istəyənləri qəbul edib. O, Həcc mövsümündə zəvvarların suallarını cavablandırmaq üçün beş görkəmli alimin təyin edilməsinə göstəriş verib.

Məscidül-Haramın və Peyğəmbər məscidinin Dini İşlər İdarəsinin rəhbəri Şeyx Əbdülrəhman Əs-Sudeys zəvvarları Həcc üçün ehram vəziyyətində olduqları andan Hicrətin 10-cu ili Qurban bayramı günü Cəmərətul-Əqəbədə şeytanı daşqalaq etməyə başlayana qədər tez-tez Təlbiyə oxumağa çağırıb.

Şeyx əs-Sudeys, qısaldılmaması lazım olan məğrib və sübh namazı istisna olmaqla, namazı birləşdirmədən, qısaldaraq vaxtında qılmağın müstəhəb olduğunu söyləyib.

Builki Həcc ziyarəti ibadət edənlərin əsasən açıq havada keçirilən mərasimlər zamanı dözümlülüyünü sınayan təbii isti şəraitdə keçirilir. Hətta çox sayda zəvvar özünü qızmar günəşdən qorunmaq üçün ağ çətir götürüb.

Keçənilki ölümcül isti dalğasından sonra hakimiyyət mühafizəni yaxşılaşdırmaq üçün 40-dan çox dövlət qurumunu və 250 min məmuru səfərbər edib. Səhiyyə Nazirliyi istidən qaynaqlanan xəstəliklərin qarşısının alınmasına böyük üstünlük verib. O, zəvvarları çətirdən istifadə etməyə, mütəmadi olaraq su içməyə və açıq rəngli, yüngül geyimlər geyinməyə çağırıb.

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn 1,5 milyon zəvvardan biri, pakistanlı 33 yaşlı Əli yerli mətbuata deyib: “Hər il Həcc zamanı televiziya ekranında bu yerləri, insanların müqəddəs məkanda necə sevinclə dualar etdiyini görürdüm. Həmişə də ürəyimdə belə bir arzu coşurdu: kaş mən də Məkkəyə gedəydim, Kəbə ətrafında təvaf edəydim, Ərafatda, Minada namaz qılaydım...”.

Əli fikrini belə davam etdirib: "Mən son 3 ildir ki, bura çatmağa çalışırdım. Allaha çox şükürlər, gəlmişəm. İndi özümü çox xoşbəxt hiss edirəm”.

Suriyadan olan 54 yaşlı Adel İsmayıl “İllərdir Məkkəyə gəlmək istəyirdim, bəxtimə bu il yazılıbmış, gəldim. Hava çox istidir, amma narahat deyiləm. Bura müqəddəsdir, inanıram ki, günəş zərər verməz” deyib.

İman Abdel Xaliq sevinc göz yaşları içərisində 10 ildir Həcc ziyarətini yerinə yetirmək istədiyini və Ərəfata çatan kimi duyğulara qapıldığını söyləyib.

Təxminən əlli yaşlarında olan qadın əlavə edib: “Bu, mənim üçün böyük bir arzudur, həyata keçirməkdən az qala ümidini kəsmişdim. Şükürlər olsun, Kəbəni görüb, İslamın ən böyük buyuruqlarından birini yerinə yetirmək mənə də nəsib oldu”.

Qeyd edək ki, müsəlmanlar Məkkə şəhərini tərk etməzdən əvvəl Kəbənin ətrafında daha yeddi dəfə dövrə vuraraq müqəddəs hərəmlə mənəvi vidalaşacaqlar.

Chosen
76
50
hafta.az

10Sources