EN

Baydendən sərt reaksiya: “Qərarları özüm verdim, autopen söhbəti cəfəngiyyatdır!”

Baydendən

ABŞ-ın sabiq prezidenti Co Bayden, administrasiyası dövründə sənədlərin imzalanması zamanı onun avtomatik imza qələminin (autopen) istifadəsinə dair əməkdaşları ilə əlbir olmaq şübhələrini “absurd” adlandırıb. Bu barədə CBS News telekanalı məlumat yayıb.Bayden bildirib:“Aydınlıq gətirmək istəyirəm – prezidentliyim dövründə əfv, fərmanlar, qanunvericilik və bəyanatlarla bağlı qərarları şəxsən özüm qəbul etmişəm. Bu qərarları başqasının verdiyini iddia etmək həm yalandır, həm də absurddur.”Bundan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Baydenin imzaladığı sənədlərdə avtomatik imza qələminin istifadəsinin araşdırılması üçün göstəriş verib. Ağ Evdən verilən açıqlamaya görə, araşdırma zamanı hansı sənədlərin Baydenin əvəzinə avtomatik imza ilə təsdiqləndiyi müəyyən olunacaq.Araşdırmanın başlanmasına səbəb Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin sədri, respublikaçı Ceyms Komerin açıqlaması olub. O bildirib ki, Bayden administrasiyası dövründə dörd əməkdaşın prezidentin əvəzinə autopen istifadə etdiyi müəyyən edilib. Konqres məsələ ilə bağlı məsul şəxslərdən izahat gözləyir.Ulusum.az

Diqqət Çəkənlər

Kölnün mərkəzində II Dünya müharibəsinə aid 3 bomba tapıldı – 20 min insan təxliyə edilir

Sabir Rüstəmxanlı ilə 15 Cildlik Əsərlərin Sehrli Dünyasına Səyahət - VİDEO

Senegalin Birinci Xanımı Türk Mətbəxində

Chosen
173
ulusum.az

1Sources