EN

Dövlət İdarəçilik Akademiyasında görüş

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin “siyasət üzrə fəlsəfə doktoru” üzrə “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən zərər çəkmiş vətəndaşlarla bağlı dövlət siyasətinin instutsional əsasları” mövzusunda dissertasiyasını müdafiəsində iştirak etmək üçün  Türkiyənin Şəhid Ailələri və Qaziləri Dərnəyinin başqanı Mustafa İşığ Bakıya gəlib.

Herbiand.az-a daxil olanməlumata görə, müdafiədən əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Ulxan Ələkbərovla görüş olub.

Gprüş zamanı Türkiyə-Azərbaycan qardaşlığı və strateji əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Mustafa İşığ Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatlarının əməkdaşlığından və bu yöndə Emin Həsənlinin xidmtlərindən danışıb.

Öz növbəsində Emin Həsənli iki qardaş ölkənin sevincli və kədərli gündə, hər zaman bərəbar olmasından danışıb. Ümumilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” formulunun bu sahədə fəliyyət göstərənlər üçün bir yol xəritəsi, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcaəb tayib Ərdoğanın qardaşklıq münasibətlərinin bir mayak olduğunu xüsusi vurğulayıb.

Akademiyanın rektoru Ulxan Ələkbərov bu günlərdə Laçında hava limanının açılışını yada salaraq iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlığın və qardaşlığın yeni uğurlar üçün üfüqlər açdığını bildirib.

Mustafa İşığ daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayevlə görüşüb.

Türkiyəli qonaq rektora və prorektora Türkiyə bayrağını və rəhbərlik etdiyi dərnəyin medalını təqdim edib.

Daha sonra  Mustafa İşığ Emin Həsənlinin diplom müdafiəsində iştirak edib.



Chosen
189
6
herbiand.az

10Sources