EN

İranda Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə işlər sürətləndirilib

Bakı. Trend:

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İranınşimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolununtikintisi ilə əlaqədar tədqiqat işləri sürətləndirilib.

Trend-inməlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazım Calali birqrup rusiyalı ziyalı ilə təşkil olunan görüşdə deyib.

Onun sözlərinə görə, Rəşt-Astara dəmiryolu xəttinin keçəcəyiistiqamətdə 50 min hektar ərazinin mülkiyyəti satın alınıb.

Calali bildirib ki, hazırda tədqiqat işləri Rusiya tərəfindənhəyata keçirilməkdədir. Bu dəmiryolu xətti yükdaşımalarda böyükrola sahib olacaq.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var: Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Xatırladaq ki, 17 may 2023 tarixində İranın şimalında yerləşənGilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya vəİran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olanRəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Budəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-CənubBeynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqazölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişəəsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyardavro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ayərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Chosen
113
4
az.trend.az

10Sources