EN

Onunla danışıq aparmaq çox çətindir - Tramp kimi deyir?

Çin prezidenti Si Cinpini həmişə bəyənmişəm və bundan sonra da bəyənəcəm, lakin onunla razılığa gəlməyin “son dərəcə çətin” olduğuna inanıram.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində qeyd edib.

"Mən Çin prezidentini bəyənirəm, bu həmişə belə olub və olacaq, lakin o, çox çevikdir və onunla mübahisə etmək olduqca çətindir", - Tramp yazıb.

Qeyd edək ki, Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirib ki, Trampın gələn həftə Si Cinpinlə danışacağı gözlənilir. Tramp cümə günü bildirib ki, ölkələr arasındakı ticarət mübahisəsini həll etmək üçün Si ilə telefon danışığı aparmağa ümid edir.

Chosen
268
43
publika.az

10Sources