"Fənərbaxça"dan ayrılan Edin Dzeko yenidən İtaliyada çıxış edə bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə insayder Nikola Skira məlumat yayıb.
O, 39 yaşlı hücumçu ilə adı açıqlanmayan 2 klubun danışıq apardığını bildirib.
Türkiyənin "Sözcü" qəzeti isə "Komo"nun Dzeko ilə razılıq əldə etdiyini yazıb.
Edin Dzeko daha əvvəl İtaliyada "Roma" və "İnter"də də oynayıb.
Telegram kanalımız