EN

Litva diplomatik pasportlara malik Gürcüstan vətəndaşları üçün viza rejimi tətbiq edib  

Litva hökuməti diplomatik və xidməti pasportlara malik Gürcüstan vətəndaşları üçün viza rejimi tətbiq edib.

Parol.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Hökumətin bu addımı Gürcüstan diplomatları və rəsmiləri üçün vizasız rejimin dayandırılmasını nəzərdə tutan Avropa İttifaqı Şurasının yanvar ayında qəbul etdiyi qərara əsasən atdığı qeyd edilib.

Vizasız rejimin dayandırılması qərarı diplomatik və rəsmi pasportlara malik şəxslərlə yanaşı onların ailə üzvlərinə də şamil edilib.

Chosen
444
parol.az

1Sources