EN

Abdulla Seydəhmədov daha 1 il “Şamaxı”da!

Premyer Liqada yeni mövsüm üçün heyətini formalaşdırmağa çalışan “Şamaxı” qapıçısı Abdulla Seydəhmədov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Seydəhmədov növbəti mövsümü də bu komandada keçirəcək. 28 yaşlı qolkiperlə müddəti 2026-cı ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Abdulla Seydəhmədov 2023-cü ilin yanvarından “Şamaxı”da çıxış edir. O, geridə qalmış 2024/2025-ci illər mövsümündə cəmi 2 oyuna çıxıb, 1 qol buraxıb, 1 oyunda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, “Şamaxı” daha öncə Alfons Msanqa ilə də yeni müqavilə imzalandığını açıqlamışdı. Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik və Fəxri Məmmədli isə komandanı tərk ediblər. Əvəzində “Qəbələ”nin gənc futbolçusu Emil Süleymanov icarə əsasında “Şamaxı”ya cəlb olunub.

Chosen
197
6
arena.az

10Sources