BAKI, 3 iyun. TELEQRAF
Rusiya qoşunları Ukraynanın Sumı vilayətində Andrivka yaşayış məntəqəsini ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yaşayış məntəqəsi Rusiya Silahlı Qüvvələrinin “Şimal” qoşun qrupunun bölmələri tərəfindən işğal olunub.