EN

Çin ABŞ-ni ittiham edir

AzVision.az xəbər verir ki, “Financila Times” nəşrinin yazdığına görə, Çinin Ticarət nazirliyinin açıqlamasında son həftələrdə Birləşmiş Ştatların may ayında Cenevrə görüşlərində əldə olunmuş konsensusa xələl gətirən“bir sıra ayrı-seçkilik və məhdudlaşdırıcı tədbirlər”tətbiq etdiyi vurğulanır.

Xatırladaq ki, həmin danışıqlarda tərəflər Vaşinqtonun Çin mallarına tətbiq edilən rüsumları 145%-dən 30%-ə, Pekinin isə 90 gün ərzində Amerika mallarına tətbiq olunan rüsumları 125%-dən 10%-ə endirəcəyi barədə razılığa gəliblər.

Pekin Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri sırasında süni intellekt çiplərinin ixrac qaydalarının sərtləşdirilməsinin, çip dizayn proqramının Çin firmalarına satışının dayandırılmasının və çinli tələbələr üçün vizaların ləğvinin daxil olduğunu göstərib.

“ABŞ bu şəkildə hərəkətlərə və Çinin maraqlarına zərər vurmağa davam edərsə, Çin qanuni hüquqlarını qorumaq üçün qətiyyətli tədbirlər görəcək”, - ÇininTicarət nazirliyinin bəyanatında vurğulanır.

ABŞ-Çin danışıqları dalana dirənib
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp konkret şəkildə hansı pozuntular olduğunu açıqlamadan Pekinə qarşı ittihamlar səsləndirib. Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika tarifləri səbəbindən Çin “ciddi iqtisadi təhlükə ilə üzləşdi” və Pekini “xilas etmək” üçün tezliklə razılaşma əldə olundu.

- Lakin Cenevrə razılaşmaları nəticəsində vəziyyət sabitləşəndən sonra Çin tərəfi həmişəki işinə qayıtdı”,- Donald Tramp iddia edib.

ABŞ-nin Maliyyə naziri Scott Bessent də ticarət müharibəsində müvəqqəti barışıqdan sonra Çinlə danışıqların“bir az dalana dirəndiyini”və çıxılmaz vəziyyətin həlli üçün Tramp və Çinin sədri Si Cinpinin birbaşa iştirakının lazım olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
248
26
azvision.az

10Sources