EN

Şahzadə Harri anasının soyadına keçmək istəyir

Şahzadə Harri Britaniya kral ailəsinin üzvlərinin istifadə etdiyi Mountbetten-Vindzor soyadından imtina etməyi və anası Şahzadə Dianadan miras qalan Spenser soyadına keçməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, Harri bu yaxınlarda Böyük Britaniyaya səfəri zamanı bu məsələni Diananın qardaşı Çarlz Spenserlə müzakirə edib.

O, övladları Arçi və Lilibetin artıq Mountbetten-Vindzor soyadını daşımalarına baxmayaraq, öz soyadını dəyişməsinin necə rəsmiləşdirilə biləcəyi ilə maraqlanıb.

Eyni zamanda dayısının qardaşı oğluna belə bir addım atmağa tələsməməyi tövsiyə etdiyi bildirilir.

Mənbələrin sözlərinə görə, belə bir qərar Harrinin atası Kral III Çarlzı ciddi şəkildə incidə bilər.

Chosen
194
21
publika.az

10Sources