EN

Bakıda FİNAL HƏYƏCANI: bu gün millimiz dünya çempionu ola bilər


Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.
 
Moderator.az xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.
 
Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.
 
1 iyun
 
Minifutbol üzrə dünya çempionatı
 
Üçüncü yer uğrunda mübarizə
 
Saat 18:00, Monteneqro - Serbiya.
 
Final
 
Saat 20:00, Azərbaycan - Macarıstan.

Chosen
210
35
nuh.az

10Sources