EN

İran rekord miqdarda uran HASİL ETDİ

ran nüvə silahı yaratmaq üçün lazım olan səviyyədən bir qədər aşağı səviyyədə zənginləşdirilmiş uran istehsal edib və bu, nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları həll etmək üçün danışıqları çətinləşdirir.
 
Bu barədə “Bloomberg” məlumat yayıb.
 
Qeyd edilib ki, Tramp administrasiyası Tehranla danışıqlara başladıqdan sonra ilk hesabatında Beynəlxalq Atom Enerjisi Agentliyi yüksək zənginləşdirilmiş uran ehtiyatının son üç ayda təxminən 50% artaraq 409 kiloqrama çatdığını bildirib.
 
Agentlik əlavə edir ki, İran nüvə silahı yaratmağa cəhd edərsə, bu miqdarda uran tez bir zamanda zənginləşdirilə bilər və təxminən 10 bombanın nüvəsini təşkil edə bilər.
 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Grossi hesabatında İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının sürətlə artması ilə bağlı ciddi narahatlığını ifadə edib. Onun sözlərinə görə, agentlik ölkənin nüvə proqramının dinc xarakter daşımasına zəmanət verə bilməz.
 
Hesabatda qeyd olunur ki, İran hələ də öz nüvə obyektləri haqqında tam məlumat verməyib, bu da MAQATE-nin təhqiqatına mane olur. Tehranın ABŞ ilə dialoq istəyinə baxmayaraq, yoxlamalar bəyan edilməmiş üç nüvə obyektinin olduğunu üzə çıxarır.
 
Qrossi xəbərdarlıq edib ki, hesabat BMT Təhlükəsizlik Şurasına göndərilə bilər.
Chosen
78
6
moderator.az

7Sources