EN

ƏDV ilə bağlı bu qərar gündəm oldu “Onların nəyinə lazımdır?”

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"ƏDV geri al" proqramı ilə bağlı Vergi Xidmətinin yanaşması tamamilə absurddur. Buna kim, necə nəzarət edir? Məgər qəbzin üzərində ad, soyad var, ya şəxsiyyət vəsiqəsi ilə verilir? Necə müəyyən edəcəklər ki, "ƏDV geri al" kampaniyasında kimlərsə öz qəbzindən istifadə edib, kimlərsə başqasının?” Bunu Demokrat.az-a açıqlamasında “REAL” Partiyasinın sədri, iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Vergi Xidmətinin belə bir qərar qəbul etməsi çox ciddi problemdir:”

Dövlət qərar qəbul edib ki, vətəndaş "ƏDV geri al" proqramı ilə ödədiyi məbləğin bir hissəsini geri alır, xüsusən də kartla ödənişlərdə. Bu, kartla alış-verişi də təşviq edir. Vergi Xidmətinin də məqsədi bu olmalı idi ki, kartla ödənişlər artsın, o da artır. İndi niyə mane olmağa çalışırlar? Onların nəyinə lazımdır ki, bunu araşdırırlar?”Cavidan Mirzəzadə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
50
demokrat.az

10Sources