EN

Polis 24 kq-dan artıq narkotik aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 30-da ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Avtosfer.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqrama yaxın heroin, 19 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin olub.

Yabanı halda bitmiş 3206 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Chosen
85
6
avtosfer.az

10Sources