BAKI, 31 may. TELEQRAF
Mayın 30-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Teleqraf-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb.