EN

Neft ucuzlaşdı

Beynəlxalq birjalarda brent markalı neftin bir barreli 64,17 dollara satılır. Metbuat.az xəbər verir ki, ötən gün 66,05 dollara kimi bahalaşan brent markalı neftin bir barrelinin qiyməti nisbətən ucuzlaşıb. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 61,33 dollara alınıb.

Qeyd edək ki, OPEC+ ölkələrinin hasilatı artırmağa qərar verəcəyi ilə bağlı iddialar birjalarda təklif profisiti ilə bağlı narahatlıqları artırıb və qiymətlərin aşağıya doğru hərəkətini dəstəkləyib. Mütəxəssislərin fikrincə, OPEC+ gündəlik hasilatı 411 min barrel artıra bilər. Qeyd edilri ki, iqtisadi məlumatlar dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də iqtisadi yavaşlamanı nümayiş etdirərsə, bunun qiymətlərin ucuzlaşması üçün təzyiq edəcəyi irəli sürülür.

Chosen
111
50
metbuat.az

10Sources