EN

Amorim “Old Trafford”da azarkeşlər qarşısında üzr istədi

“Mançester Yunayted” baş məşqçisi Ruben Amorim “Old Trafford”da “qırmızı şeytanlar”ın azarkeşləri qarşısında üzr istəyib.

Arena.az jurnalist Ben Ceykobsa istinadən məlumat verir ki, 40 yaşlı portuqal mütəxəssis İngiltərə Premyer Liqasının “Aston Villa” ilə ev oyunundan (2:0) sonra, uğursuz mövsümə görə azarkşelər qarşısında üzrxahlıq edib:

“Mən bu mövsümə görə üzr istəmək istəyirəm, mən bilirəm ki, siz həqiqətən mənə və komandaya görə pərişansınız. İndi bizə seçim etmək gərəkdir, yoxsa biz keçmişdə tıxanıb-qalacağıq. Bu mövsüm başa çatdı. İndi isə biz ya bir-birimizlə didişir, ya da birlikdə həmrəy olaraq, irəli hərəkət edirik. Altı ay qabaq mən demişdim ki, fırtına yaxınlaşır. Bu gün, bu falakətli mövsümdən sonra mən sizə demək istəyirəm ki, qarşıdan yaxşı günlər gəlir”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” 2024/2025-ci illər mövsümündə tarixən ən bərbad dövrlərindən birini keçirib. “Qırmızı şeytanlar” Premyer Liqanı 42 xalla 15-ci pillədə başa vurublar. Bu, klubun mütləq antirekordudur. “Mançester Yunayted” həmçinin avrokuboklarsız qalıb. İngiltərə nəhəngi Avropa Liqasının final oyununda “Tottenhem”ə məğlub olaraq (0:1), mövsümü qənimətlə bitirmək üçün son fürsətini də əldən verib.

Chosen
59
7
arena.az

10Sources