Almaniya kansleri Fridrix Merz bazar ertəsi bildirib ki, İsrailin Qəzza zolağına son hücumları dinc əhali arasında humanitar itkilərə səbəb olur ki, bu itkilər artıq terrorizmlə mübarizə ilə əsaslandırıla bilməz:- "Son günlərdə getdikcə daha çox baş verən dinc əhaliyə zərər vurulması artıq HƏMAS terrorizmi ilə mübarizə ilə əsaslandırıla bilməz"-deyəkansler bildirib.WDR televiziyasına müsahibəsində Merz əlavə edib ki, bu həftə İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı keçirərək ondan “ Həddini aşmamağı” xahiş etməyi planlaşdırır.
Surxay Əliyev