EN

Kənd təsərrüfatı naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Bakı, 26 may, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 30-da saat 9-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən İsmayıllı, Ağsu, Qobustan və Şamaxı sakinləri İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-851-56-26) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Chosen
5
2
azertag.az

8Sources