EN

DİQQƏT! Benzin və dizellə bağlı YENİ QƏRAR: dəyişikliklərlə əlaqədar TARİX AÇIQLANDI

Dizel və Aİ-92 markalı benzinin qiymətində baş verən dəyişikliklər – ucuzlaşma və ya bahalaşma – iqtisadiyyatın müxtəlif sahələrinə birbaşa təsir göstərən mühüm amillərdən biridir. Bu yanacaq növlərinin qiyməti həm daxili bazarda istehlakçı davranışlarını, həm də nəqliyyat, kənd təsərrüfatı və sənaye kimi sektorların fəaliyyətini müəyyənləşdirir.



Qiymət dəyişiklikləri adətən beynəlxalq neft bazarındakı tendensiyalar, dövlətin enerji siyasəti, mövsümi tələbat və logistik xərclər kimi müxtəlif səbəblərlə əlaqədar olur. Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib.



Bu qərarı nəzərə alsaq ölkəmizdə Aİ-92 və dizelin bahalaşma ehtimalı varmı? Mövzuyla bağlı İqtisadçı Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb.  Xalid Kərimli açıqlama verib ki, bu məsələlərin benzin qiymətlərinə heç bir aidiyyatı yoxdur və benzin qiymətində də bahalaşma gözlənilmir. Sadəcə benzini xaricdən idxal edirlər. Baxmayaraq ki, Nizami rayonunda yeni neft ayırma zavodu üçün uzunmüddətdir ki, investisiya qoyulub. Hətta deyirlər ki, Aİ-95 markalı benzin istehsal edəcəyik.  Görünür ki, istehsal edə bilmirik, Aİ-92 markalı benzinidə xaricdən alırıq. Yəni belə bir mənfi vəziyyət yaranıb. Bu belə məsələləri idxal etmək üçündür ki, nə qədər idxal edə bilərsən və yaxud da tarifləri, rüsumu vergi də uzadırlar, ləğv edirlər ki, idxalla əlaqədar əlavə xərclər yaranmasın.




Daha sonra müsahibimiz qeyd edib ki, hər hansı qiymət artımı gözlənilmir. Qiymət artımı keçən ilin iyul ayında edilib və hələ onun inflyasiya təsiri əhaliyə təsir edir. İnsanların xərclərinin artmasına gətirib çıxarıb. İndiki kənd təsərrüfatı məhsullarının, ərzaq məhsullarının, tikinti materiallarının qiymətinin bahalaşmasında məhz keçən ilin iyul ayında verilmiş dizel yanacağının və Aİ-92 markalı benzinin qiymətinin bahalaşmasının təsiri var. Yəni vətəndaşlar həmin bu artımı həzm edə bilməyiblər. Ona görə də bucür qərarların qiymətə hər hansı təsiri yoxdur. 



"Bu sahədə qiyməti artırmaq istəyəndə bucür məsələlər nəzərə alınmır. Bu istiqamətdə siiyasi şəkildə qərar verilir",-deyə Xalid Kərimli əlavə edib.


Ləman Xalıqova

Referans  

Chosen
69
50
referans.az

10Sources