EN

Xüsusi uçuş icazəsi yalnız bir təşkilata məxsusdur və üçüncü şəxslərə verilə bilməz

Xüsusi uçuş icazəsi yalnız bir təşkilata məxsusdur və üçüncü şəxslərə verilə bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda əksini tapıb.

İcazə itirildikdə və ya yararsız olduqda, Agentlikdən dublikat alınmalıdır. Dublikat 5 gün ərzində təqdim olunur. Dublikatda “Dublikat” sözü və verilmə tarixi qeyd olunmalıdır. İcazənin qüvvəsi bitdikdə və ya hüquqi şəxs ləğv olunduqda icazə avtomatik qüvvədən düşür. Digər hallarda, şərtlərin pozulması və ya məlumat dəyişməsi də icazənin ləğvi üçün əsas ola bilər. Ləğv edilən icazə 3 gün ərzində Agentliyə qaytarılmalıdır. Təşkilatın müraciəti də ləğv üçün əsas ola bilər. İstismar zamanı icazə hava gəmisində saxlanılmalıdır. Bütün bu qaydalara əməl edilməməsi hüquqi məsuliyyət yarada bilər.

Chosen
34
2
heftelik.az

3Sources