Təhsil İşçilərinin Milli Koordinasiya Şurasını (CNTE) təmsil edən 10 mindən çox meksikalı müəllim maaşlarının 100% artırılması tələbi ilə ölkənin paytaxtında etiraz aksiyası keçirib.
Müəllimlər hökumətin 10% indeksləşdirmə təklifi ilə razılaşmadıqlarını bildiriblər.
"Bu artım bizim üçün uyğun deyil - inflyasiya onu sadəcə yeyəcək. Biz maaşın 100 faiz artırılmasında israrımızı davam etdiririk", - onlar deyiblər.
Qeyd edək ki, hökumət ölkə daxilində bütün təhsil işçilərinin maaşının 9 faiz artırılacağını və bu ilin sentyabrında əlavə 1 faiz artımın olacağını elan etmişdi.
APA
Tarix: 16 May 2025, 05:57