Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zeyd Əl Nəhyan Rusiya prezidenti Vladimir Putinlə görüşə qara idman ayaqqabısı ilə gəlib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, BƏƏ lideri işgüzar danışıqlara qeyri-rəsmi ayaqqabıda ilk dəfə qatılmır. İyul ayında Məhəmməd bin Zeyd Əl Nəhyan Sankt-Peterburqa Putinlə görüşə getmişdi, özü də qara idman ayaqqabısı ilə.
Xarici geyimə gəlincə, BƏƏ rəhbəri Rusiya prezidenti ilə ənənəvi ağ ərəb paltarında görüşüb. Putin klassik ayaqqabılı iş kostyumuna üstünlük verib.
