Bakı. Trend:
Bu gün baş tutan 3 qarşılaşma ilə şahmat üzrə “Çempionlarınsavaşı” rapid mərhələsinə yekun vurulub.
Trend xəbər verirki, kişilər arasında keçirilən görüşdə Azərbaycan çempionu RaufMəmmədov FIDE Dünya çempionu, özbəkistanlı Rüstəm Kasımcanovlaqarşılaşıb. Dünən ilk üç turdan sonra üstünlüyü ələ alanqrossmeysterimiz ümumi hesabda 4:2 nəticə ilə qalib gəlib.
Qadınların mübarizəsində isə Azərbaycan çempionu GünayMəmmədzadə dünya və Avropa çempionu, bolqarıstanlı AntoanetaStefanova ilə üz-üzə gəlib. Bu gün oynanılan hər üç partiyaheç-heçə ilə başa çatıb. Dünən üstünlük qazanan Günay yekunda3,5:2,5 hesabı ilə qələbəni təmin edib.
Qeyd edək ki, sabah turnir çərçivəsində 10 turdan ibarət blitsmərhələsi keçiriləcək. Turnirin ümumi qalibləri rapid və blitsmərhələlərinin nəticələrinin cəminə əsasən müəyyən olunacaq.