Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.
Bakupost.az xəbər verir ki, bu haqda müğənni Murad Arif sosial media hesabında yazıb. Sənətçi bildirib ki, araşdırması nəticəsində növbəti erməni oğurluğu üzə çıxıb: "Ermənilərdən növbəti mənimsəmə: Ələkbər Tağıyev bəstəsi “Eşqimi sönməyə qoymaram”ı oğurlayıblar. Böyük sənətkarımız Nisə Qasımovanın repertuarından olan nəğmədən bəhs edirəm! Youtube-da Saro Tovmasyan ifasına təpki göstərmək lazımdır”.