EN

AFFA-nın baş katibi Parisdə Elxan Məmmədovla görüşdü

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Fərəcullayev FİFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru, AFFA-nın sabiq baş katibi Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FİFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.

Chosen
199
19
football-plus.az

10Sources