Türkiyəli bloqerin Bakıdakı "manatlıq" taksilərə münasibəti maraq doğurub.
Publika.az xəbər verir ki, Bakıya gələn bloqer Zeynəb "manatlıq" taksilər barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun videosu 30 mindən çox izlənilib, 2000-dən çox şərh yazılıb.
Bloqer "manatlıq" taksilərin olmasını maraqlı addım kimi qiymətləndirib və izləyicilərinə tövsiyə edib.(Milli.Az)