EN

Bakıda yaşayış kompleksinin tualetində meyit tapıldı

Bakıda yaşayış kompleksinin tualetindən meyit tapılıb.
 
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, meyit paytaxtın Binəqədi qəsəbəsi, Ordubadi küçəsində inşa edilən "Binəqədi Rezidens" kompleksinin sanitar qovşağında aşkarlanıb.
 
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cantiq Ağasadıq oğlu Quliyev olması müəyyən edilib.
 
Meyitin üzərində xəsarət olmayıb və şəxsin ölüm səbəbləri hələ ki məlum deyil.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Chosen
336
6
moderator.az

8Sources