EN

Ötən üç ayda 21,7 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub

Bakı, 3 aprtel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində 21 min 723 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müavinət ödənişləri 10 min 100 nəfər qız, 11 min 623 nəfər oğlan uşağına görə aparılıb.

Chosen
208
2
azertag.az

10Sources