EN

“Barselona”nın nümayəndələri AFFA-nın qonağı oldular

İspaniyanın “Barselona” klubunun rəsmiləri bu gün Azərbaycana səfər çərçivəsində AFFA-nın binasında qonaq olublar.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Kataloniya klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.

Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.

Chosen
328
19
arena.az

10Sources