EN

Azərbaycanda ödənişlər üztanıma ilə həyata keçiriləcək

Bakı. Trend:

Yaxın gələcəkdə SİMA platformasına daxil olan "SİMA Pay"vasitəsilə üz ilə ödəniş xidmətimiz istifadəyə veriləcək.

Bu sözləri Trend-ə açıqlamasında "AzInTelecom"un ictimaiyyətləəlaqələr bölməsinin əməkdaşı Amin Nəzərli deyib.

"Yaxın gələcəkdə SİMA platformasına daxil olan digər birməhsulumuz - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidmətimizistifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar özüzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədədəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsiləqeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.

Belə ki, insanlar turniket qarşısında kameraya üzlərinitutacaqlar və bir-iki saniyə ərzində ödəniş icra olunacaq. Bununüçün sadəcə insanlar üzlərini tətbiqə tanıdaraq qeydiyyatdankeçəcəklər, daha sonra ödənişləri üzlərini dəmir yollarındaquraşdırılacaq müvafiq cihazlara tanıtmaqla ödənişi icra edəbiləcəklər.

Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimainəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərindədə eyni prosesin reallaşdırılmasını planlaşdırırıq", - deyə qurumnümayəndəsi vurğulayıb.

"Biz yaxın gələcəkdə "SİMA imza" ilə bir çox vergi xidmətlərininelektronlaşdırılmasını təmin edəcəyik. Artıq "SİMA imza"nınistifadəçi sayı 3,5 milyonu ötüb. Bu, bir daha onu göstərir ki,artıq kifayət qədər vətəndaşlar bu tətbiqdən faydalanır", -A.Nəzərli qeyd edib.

O bildirib ki, qurum bu il biznes, korporativ mühitə doğruyönəlməyə fokuslanıb:

"SİMA İmza" olaraq vergi, maliyyə və biznes mühitlərində bir çoxproseslərin rəqəmsallaşdırılmasına yaxından töhfəmizi verməyəçalışırıq.

Bu ilin 3-cü rübündə dövlət qurumları da artıq "SİMA imza" əldəedib, onunla bir sıra sənədlərinin elektron formada imzalanmasınıtəmin edə biləcək".

Chosen
183
9
az.trend.az

10Sources