EN

Pakistanla əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət daşıyır - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan və Pakistan bir çox beynəlxalq platformalarda eynimaraqlar sərgiləyən, öz fəaliyyətlərini koordinasiya edən,bir-birini bir çox məsələlərdə qeyd-şərtsiz dəstəkləyən dostölkələrdir. İki ölkənin dövlət başçıları arasındakı dövri təmaslardaha sıx tərəfdaşlıq münasibətlərinin formalaşmasına zəminyaradıb.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, bu zəmin əsasında hazırda ölkələrimizarasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası,informasiya texnologiyaları, səhiyyə və digər sahələrdə əməkdaşlıquğurla inkişaf edir: “Pakistan İslam Respublikasının Baş naziriMəhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə səfərininnəticələri də bunu deməyə əsas verir ki, iki dost ölkə arasındamünasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davamedəcək. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri təkbətəkvə geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyiçıxışında Ölkə Prezidenti İlham Əliyev bunu bir daha diqqətmərkəzinə gətirdi. Dövlət başçısı bəyan etdi ki, aparılanmüzakirələrdə ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi birdaha qeyd olunub, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimizregionlar üçün Azərbaycan-Pakistan əməkdaşlığının stratejiəhəmiyyəti bir daha vurğulanıb. Həmçinin iki ölkənin liderlərimüasir dünyanın beynəlxalq gündəliyində duran çoxsaylı məsələlərimüzakirə edərək bildiriblər ki, beynəlxalq münasibətlərin carigedişatı ilə bağlı Azərbaycan və Pakistanın mövqeyi və baxışlarıtam üst-üstə düşür”.

K.Qafarov müzakirə olunan mövzuların əhəmiyyətindən bəhs edərəkdeyib: “Ölkə rəhbərlərinin görüşü zamanı həm Pakistan, həm dəAzərbaycan üçün son dərəcə önəmli məsələlər müzakirə olunub. Qəraraalınıb ki, ölkələrarası ticarətin həcmini artırmaq üçün daha ciddisəylər göstərilsin. Cənab Prezident İlham Əliyevin çıxışında qeydolunduğu kimi, müzakirələrin nəzərəçarpan hissəsi ticari vəiqtisadi sektorlara həsr edilib. Ölkələrimiz arasında ticarətdövriyyəsinin cəmi bir neçə on milyonla ölçülməsi isə məyusluqdoğuran hal kimi qeyd olunub. Təbii ki, ən vacib məsələlərdən birikimi, müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Özçıxışında bu məqamı da xüsusi vurğulayan Prezident İlham Əliyevbildirdi ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsaletdiyi avadanlığı artıq alıb. Həmin avadanlıqların keyfiyyəti çoxyüksəkdir və məmnunluq doğurur. Qərara alınıb ki, bu istiqamətdəişlər davam etdirilsin. Eyni zamanda, Azərbaycan və Pakistanrəhbərləri müdafiə sənayesi məhsullarının birgə istehsalıimkanlarını da müzakirə ediblər. Əldə olunan nəticələr isə belədeməyə əsas verir ki, bu sahə ölkələrimiz arasındakı əməkdaşlığındigər mühüm sektoru olacaq. Məlumdur ki, Pakistanın çox inkişafetmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişafetdirir. Bu gün ölkəmizdə istehsal olunan müdafiə sənayesiməhsulları artıq 30-dan çox ölkəyə ixrac edilir. Prezident İlhamƏliyev birgə istehsal ilə ixracyönümlü təchizatın daha daartacağını diqqətə çatdırdı. Qeyd edək ki, Pakistanın Baş nazirininölkəmizə səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-danartıqdır və bu mühüm sənədlər gələcək əməkdaşlıq üçün əlverişlizəmin yaradacaq”.

Məqalədə:
Chosen
268
15
az.trend.az

10Sources