EN

Şahnaz Bəylərqızı ilə bağlı Prezidentə və Birinci vitse-prezidentə təşəkkür etdilər

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupu jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı ölkə rəhbərliyinə təşəkkür edib. 

“İki sahil” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Səidə Qocamanlı sosial şəbəkə hesabında paylaşım edib.

“Jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daim konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətmizdə əlimizdən gələni edəcəyik”, - paylaşımda bildirilib.

Chosen
221
13
ikisahil.az

10Sources