EN

Türkiyə hər zaman Azərbaycanın yanındadır - Hakan Fidan

Türkiyə xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri "X"də paylaşım edib.

"Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən, illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Türkiyə dünən olduğu kimi, bu gün də hər zaman əziz Azərbaycanın yanındadır", - nazir qeyd edib.

Chosen
44
28
redaktor.az

10Sources