"Beşiktaş"dan antirekord
“Beşiktaş” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda doğma arenasında “Brügge”yə məğlub olub – 0:5.
Futbolpress.az xəbər verir ki, böyükhesablı məğlubiyyət İstanbul təmsilçisi üçün antirekordla yadda qalıb.
“Beşiktaş” 1987-ci ildən sonra birinci dəfə avrokuboklarda ev oyununda 5 qol buraxıb.
Türkiyə təmsilçisi D qrupunda 1 xalla sonuncudur və avrokubolarla vidalaşacağı rəsmiləşib.